ABŞda naməlum şəxslər kütləyə atəş açıb,


Dünya 05 Sen 2021 09:16:00 123 0

ABŞda naməlum şəxslər kütləyə atəş açıb,

Vaşinqtonda naməlum şəxslər kütləyə atəş açıb, 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə dünən axşam saatlarında ABŞ paytaxtının şimal-qərbində baş verib.

Naməlum şəxslər avtomobildən yaxınlıqdakı insanlara atəş açıb, daha sonra hadisə yerindən qaçıblar.

Cinayətkarları tapmaqda kömək edəcək şəxslərə 75 min dollar mükafat ayrılıb.