Gürcüstanda koronavirusa yoluxanların sayı 560 mini ötüb


Digərləri 04 Sen 2021 16:06:00 148 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 560 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 684 yoluxma halı qeydə alınıb, 83 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki,bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 562 627, ölənlərin sayı isə 7 732 nəfərə çatıb. Virusa yoluxanlardan 505 229 nəfərin sağaldığı bildirilir.