Tanınmış rəssam Tofiq Fərəcov vəfat edib


Kriminal 04 Sen 2021 12:00:00 160 0

Tanınmış rəssam Tofiq Fərəcov vəfat edib

Cənub bölgəsində tanınan istedadlı fırça ustası Tofiq İzzət oğlu Fərəcov 69 yaşında dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, əmək fəaliyyətinə ötən yüzilliyin 70-ci illərində mədəniyyət sferasında başlayan rəssam, bir sıra mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb.

T.Fərəcovun yaradıcılığında boyakarlıq və qrafika texnikası, peyzaj, portret, natürmort və digər sənət üslubları üstünlük təşkil edib.

Rəssamın əsərləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirilib.