Rusiyada məktəblilər koronavirusa qarşı məcburi peyvənd edilməyəcək


Digərləri 04 Sen 2021 11:42:00 135 0

Rusiyada məktəblilər koronavirusa qarşı məcburi peyvənd edilməyəcək

Rusiyada 18 yaşına çatmış şagirdlər koronavirus infeksiyasına qarşı məcburi peyvənd edilməyəcək. Peyvənd olunmamış məktəbliləri dərsə buraxmamaqdan da söhbət getmir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Təhsil nazirinin birinci müavini Aleksandr Buqayev bildirib.

Nazir müavini bildirib ki, heç kim uşaqları heç nə etməyə məcbur etməyəcək:

"Heç kim uşaqları bir şey etməyə məcbur etməyəcək, bunu məsuliyyətlə sizə bildiririk. Və təbii ki, bu məsələ hətta gündəmdə deyil". O əlavə edib ki, peyvənd olunmayanların dərsə buraxılmamasından da söhbət getmir.