Lənkəranda su kanalları təmir edilir


Digərləri 02 Sen 2021 14:54:00 167 0

Lənkəranda su kanalları təmir edilir

Lənkəran Melioservis İdarəsi tərəfindən əkin sahələrinin səmərəli suvarılmasına şərait yaradılır. Hazırda Lənkəran rayonunun 8 kəndində meliorativ tədbirlər görülür. İdarənin əsas fəaliyyəti Astara və Lənkəranda magistral, təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və kollektor-drenaj sistemlərinin, çay məcralarının lildən təmizlənməsi, hidrotexniki qurğuların əsaslı təmiri, yenidən qurulmasından ibarətdir. Çəltikçilik, taxılçılıq və tərəvəzçilik aparılan meliorativ tədbirlərin sayəsində yüksək səviyyədə inkişaf edib.

Son.az Real TV-yə istinadən xəbər verir ki, Lənkəran Melioservis İdarəsi əsasən çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, dağ çaylarının məcralarının dəyişdirilməsi işlərini həyata keçirir. Bu istiqamətdə ötən illərdə Pensərçayda 500 metr uzunluğunda sahil-bərkitmə işləri aparılıb. Astara Suvarma sistemləri idarəsinin müqaviləsi əsasında 3 km uzunluğunda sugətirici kanal əsaslı təmir olunub və suvarmaya tam yararlı hala salınıb. Gələcəkdə çətin relyeflərdən keçən su kanalları da əsaslı təmir olunacaq.