Nizami Gəncəvinin dünya irsinə töhfəsi mövzusunda onlayn konfrans keçirilir CANLI YAYIM


Kriminal 02 Sen 2021 14:59:00 236 0

Nizami Gəncəvinin dünya irsinə töhfəsi mövzusunda onlayn konfrans keçirilir  CANLI YAYIM

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi "Nizami Gəncəvinin 880 illiyi və onun dünya irsinə töhfəsi" mövzusunda onlayn konfrans keçirir.

Qeyd edək ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi qeyd olunur.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Sevil Mikayılova, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayədarlar Şurasının həmsədri, İsgəndəriyyə kitabxanasının sabiq direktoru, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti İsmail Serageldin, Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Kembric Universitetinin Asiya və Yaxın Şərq araşdırmaları fakültəsinin Darvin kollecinin elmi işçisi və rəhbəri Kristin van Ruymbeke iştirak edir.


Xəbərə aid video