Ağdamdakı Birgə Monitorinq Mərkəzində Türkiyənin Zəfər bayramı qeyd olunub


Siyasət 02 Sen 2021 14:44:00 234 0

Ağdamdakı Birgə Monitorinq Mərkəzində Türkiyənin Zəfər bayramı qeyd olunub

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Türkiyənin Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü qeyd olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində paylaşım edilib.

Qeyd edək ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi yaratmaq üçün anlaşma memorandumu imzalayıblar. Mərkəzin açılışı yanvarın 30-da baş tutub.

Son.az