Bu gün atamın şəhid olduğu yaşdayam


Digərləri 02 Sen 2021 14:09:00 184 0

Bu gün atamın şəhid olduğu yaşdayam

Bu zəfər Azərbaycanındır. Bu gün atamın şəhid olduğu yaşdayam. Onun vaxtilə daşıdığı vəzifəni daşıyıram.

Bunu Trend-in Qarabağ bürosuna müsahibəsində Kəlbəcərə səfəri zamanı polis mayoru Sənan Şükürov bildirib.

28 ildən sonra ata yurduna gəldiyini qeyd edən S.Şükürov təəssüratlarını bölüşüb: "Keçirdiyim hissləri ifadə etməkdə çətinlik çəkirəm. Həm atam üçün, həm də mənim üçün bundan böyük ali məqam ola bilməz."

Qeyd edək ki, bir qrup Kəlbəcər sakini 28 il sonra doğma torpaqları olan Kəlbəcərə səfər ediblər.