Əməkdar artist Tamilla Ağamirova vəfat etdi FOTO


Kriminal 01 Sen 2021 16:06:00 165 0

Əməkdar artist Tamilla Ağamirova vəfat etdi  FOTO

Azərbaycanın Əməkdar artisti, RSFSR-in Xalq artisti Tamilla Ağamirova 93 yaşında vəfat edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "Romen" teatrından bildirilib.

Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisası olub. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb.

1957-ci ildə Qriqor Kozintsovun "Don Kixot" filmində rol aldıqdan sonra tanınmağa başlayır və bir sıra filmlərdə baş rola dəvət edilir. Bunların sırasına "Onun böyük ürəyi" (1958, rejissor Əjdər İbrahimov) filmində Səmayə, "Əsl dost" (1959, Tofiq Tağızadə) filmində Bilqeyis, "Koroğlu" (1960, Hüseyn Seyidzadə) filmində Alagöz, "Matteo Falkone" (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, "Zəncirlənmiş adam" (1964, Kamil Rüstəmbəyov) filmində Fatma, "Yenilməz batalyon" (1965, Hüseyn Seyidzadə) filmində musiqi müəllimi obrazlarını aid etmək olar.