"Dedilər, burada sənə yer yoxdur"


Şou-biznes 01 Sen 2021 15:56:00 138 0

"Dedilər, burada sənə yer yoxdur"

Xəbər verdiyimiz kimi, Əməkdar artist Könül Kərimova koronovirus infeksiyasına yoluxub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni sağaldığını bildirib. O qeyd edib ki, xəstəliyi çox ağır keçirib:

"Hər qaranlıq gecənin bir işıqlı sabahı da var imiş. Çox şükür bu günümüzə. Özünüzü qoruyun. Hər dəqiqənin, saniyənin qədrini bilin. Buralarda deyildim, uzaqlarda idim. Allah heç birimizin yolunu tikanlı tərəfə salmasın. Mən də yarıya qədər getdim. Dedilər, burada sənə yer yoxdur"