Hollivud ulduzu Xalq artistinin xanımının yubileyinə gələcək


Şou-biznes 01 Sen 2021 15:14:00 121 0

Hollivud ulduzu Xalq artistinin xanımının yubileyinə gələcək

Hollivud ulduzu Con Travolta Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun yubileyinə qatılacaq.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Anna 50 illik yubileyini Moskvada Kreml Sarayında keçirəcək. Opera ifaçısı Travoltanı Budabeştdəki görüşləri zamanı dəvət edib.

Annanın Rusiyadakı tədbirinin təşkilatçılığını edən Maksim Berin açıqlamasında "Travolta Budapeştdə Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun çıxışını izləyib. Tamaşadan sonra ktyorlar tanış olublar. Anna da dəvəti həmin ərəfədə edib. Həmin görüşdən sonra Con Rusiyaya gəlməyə hazırlaşdığını və yubileyə qatılacağını, Annanı şəxsən özü təbrik edəcəyini bildirib" sözlərini deyib.

Qeyd edək ki, opera ifaçısının qala konserti sentyabrın 18-də keçiriləcək. Gecədə Filipp Kirkorov və İqor Krutoy da çıxış edəcək.