Rihanna açıqsaçıq FOTOları ilə pərəstişkarlarını


Şou-biznes 01 Sen 2021 15:07:00 145 0

Rihanna açıqsaçıq FOTOları ilə pərəstişkarlarını

Amerikalı pop müğənni və sahibkar Rihanna paylaşdığı yeni fotolarla bədən quruluşunu nümayiş etdirib. Pərəstişkarlarını həyəcanlandıran müğənni görüntülərini İnstaqram səhifəsində yerləşdirib.

Son.az xəbər verir ki, internetdə yayımlanan kadrlarda 30 yaşlı məşhur öz markası olan Savage x Fenty'nin çəhrayı kəmərləri və ipləri olan bənövşəyi alt paltarında pozlar verib. 1,5 milyondan çox bəyənmə alan nəşrin başlığında Rihanna markanın yeni kolleksiyasını buraxdığı göstərilib. "Rihanna ətrafındakı hər şeyi möhtəşəm edir", "Kraliça" deyə şərhlərdə yazılıb. Mütəxəssislərin fikrincə, Rihannanın sərvəti hazırda 1,7 milyard dollardır. Gəlirinin çoxu (təxminən 1,4 milyard dollar) şəxsi kosmetika şirkəti Fenty Beauty-dən gəlir. Bundan əlavə, ulduzun bəzi sərvətləri onun alt paltarı olan Savage x Fenty-dən gəlir.

Kamran Seyidov Son.az