Daşkəsəndə kişi qonşusunu güllələdi


Digərləri 01 Sen 2021 14:25:00 166 0

Daşkəsəndə kişi qonşusunu güllələdi

Daşkəsəndə həmkəndilisini ov tüfəngi ilə yaralayan şəxs saxlanılıb.

Son.az xəbər verir ki, DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, rayonun Ziblan kənd sakini Zahid İsmayılovun sol ayağının odlu silahla açılan atəş nəticəsində yaralanması barəsində məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Zöhrab İmanov saxlanılıb.

Saxlanılan zaman məlum olub ki, Z.İmanov müvafiq sənədləri olmayan 16 kalibrili ov tüfəngi ilə şəxsi münasibətlər zəmnində Z.İsmayılova bir əl atəş açaraq sol ayağına xəsarət yetirib.

Hazırda Z.İmanov saxlanılıb. Onun barəsində qanuna uyğun müvafiq araşdırmalar aparılır.