Koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb


Digərləri 01 Sen 2021 14:11:00 202 0

Koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb

Avqustun 31-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.