Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur


Digərləri 01 Sen 2021 13:52:00 187 0

Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur

Bu gün günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Son.az-a bildirilib ki, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır. Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur.

Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.