Bakı sakini küçədə bıçaqlanıb


Kriminal 01 Sen 2021 07:00:00 164 0

Bakı sakini küçədə bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.

2005-ci il təvvəllüdlü Hüseynov Seymur Hüseyn oğlu küçədə gəzərkən ona naməlum şəxs hücum edib. Qarnının ön divarından ağır bıçaq xəsarəti alan S.Hüseynov 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.