"Çimərlikdə nə geyinirlər?"


Şou-biznes 01 Sen 2021 01:01:00 243 0

"Çimərlikdə nə geyinirlər?"

"Eurovision 2011" qalibi Nigar Camal paylaşımları ilə ən çox müzakirə olunan məşhurlardandır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi İnstaqram səhifəsində çimərlik geyimində və açıq-saçıq paltarlarda tez-tez fotolar yayımlayır. Müğənninin hər paylaşımı da tənqidsiz və müzakirəsiz ötüşmür.

N.Camal açıqlamasında bildirib ki, heç vaxt mənfi rəylərə görə narahat olmur:

"Yaydır, çimərlikdə nə geyinirlər? Bu, normal bir haldır. Tənqid yazanlara əsəbiləşmirəm. Bu onların düşüncəsidir".