Türkiyə minik avtomobillərinin ixracını


Digərləri 31 Avq 2021 23:55:00 218 0

Türkiyə minik avtomobillərinin ixracını

Bu ilin yanvar-iyul aylarında Türkiyədən minik avtomobillərinin ixracı 5,5 milyard dollar təşkil edib.

Son.az ted.az-a istinadən bildirir ki, bu barədə Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi məlumat yayıb.

Belə ki, bu ilin yeddi ayı ərzində Türkiyə 100-dən çox ölkəyə, muxtar və sərbəst bölgələrə avtomobil ixrac edib.

Türkiyə avtomobil sənayesi məhsullarının ümumi ixracının 33,7%-ni minik avtomobillərinin payı təşkil edir ki, bu da nəzərdən keçirilən dövrdə 16,37 mlrd. ABŞ dollarını üstələyir. 2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən minik avtomobillərinin satış həcmi 5,1 mlrd. dollar olduğu halda, bu ilin eyni dövründə bu rəqəm 8% artaraq 5,51 mlrd. dolları ötüb.

Türkiyə avtomobil məhsullarının ikinci əsas bazarı olan Fransa hesabat dövründə Türkiyədən minik avtomobillərinin aparıcı idxalçısı olub. Bu ölkəyə bu ilin yanvar-iyul aylarında satış həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 18,5% artaraq 829,8 mln. dollardan 983,6 mln. dollara yüksəlib.

İtaliya Türkiyədən minik avtomobilləri idxal edən ikinci ölkə olub. Bu ölkəyə keçən ilin yanvar-iyul aylarında satış həcmi 434,16 mln. dollar olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 24,4% artaraq 540,9 mln təşkil edib.