Binə qəsəbəsində antisanitariya hökm sürür


Digərləri 31 Avq 2021 16:08:00 130 0

Binə qəsəbəsində antisanitariya hökm sürür

Binə  qəsəbəsi, İmadəddin Nəsimi küçəsində antisanitar vəziyyət hökm sürür.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, iki həftəyə yaxındır ki, ərazidən keçmək olmur.

Zibil qabları dolub-daşır, əraziyə itlər toplaşıb, pis qoxu hər tərəfi bürüyüb. Evlərin  qapı-pəncərəsi açıldığı an üfunət içəriyə dolur.

Ətrafda yaşayan sakinlər bildirirlər ki, mövcud vəziyyətlə bağlı dəfələrlə müraciətlər ediblər, amma nəticəsi olmayıb.  

Məsələyə münasibət öyrənmək üçün Binə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyə getdik. Qurumun sədri söz verdi ki, problem nəzarətə götürüləcək. Sabaha qədər ərazi tamamilə təmizlənəcək.