Manaf Ağayevdən dəbdəbəli mərasim


Şou-biznes 31 Avq 2021 15:44:00 170 0

Manaf Ağayevdən dəbdəbəli mərasim

Müğənni Manaf Ağayev yeni doğulan nəvəsinə qonaqlıq edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, şəhər restoranlarından birində baş tutan məclisə şou-biznes nümayəndələri qatılıblar. Gecədən görüntülər sosial şəbəkədə yayımlanıb.

Ağayevin qız nəvəsi dünyaya gəlib. Körpəyə Jasmin adı qoyulub. Məclis Jasminin dünyaya gəlməsinin 40 günü münasibətilə keçirilib.

Qeyd edək ki, Manaf Ağayevin Səmayyə adlı bir qızı, Elçin və Müşviq adlı iki oğlu var. İfaçının böyük oğlu Elçin 2017-ci ildə ailə qurub. Onun Manaf adlı bir oğlu var. Müğənni pandemiya ərəfəsində kiçik oğlu Müşviqi nişanladığını, onun toyuna hazırlaşdığını açıqlamışdı.