Paşinyan gedir Ermənistanı Suren Papikyan idarə edəcək


Digərləri 31 Avq 2021 15:50:00 126 0

Paşinyan gedir  Ermənistanı Suren Papikyan idarə edəcək

Nikol Paşinyan qısa müddətli məzuniyyət götürüb

Nikol Paşinyan qısa müddətli məzuniyyət götürüb.

Son.az xəbər verir ki, bu barədə Ermənistanın nazirlər kabineti məlumat yayıb.

Avqustun 31-dən sentyabrın 3-nə qədər məzuniyyət götürən Paşinyan Ermənistanda olacaq. Yəni, istirahətini xaricdə keçirməyəcək. 

Bu müddət ərzində baş nazirin vəzifələrini Paşinyanın müavini Suren Papikyan icra edəcək. Daha əvvəl yayılan məlumatlara görə, Nikol məzuniyyətini ailəsi ilə birgə Soçidə keçirəcək.