Birini işdən çıxardılar, o birisinin verilişini bağladılar


Şou-biznes 30 Avq 2021 19:24:00 140 0

Birini işdən çıxardılar, o birisinin verilişini bağladılar

AzTV-nin yeni mövsüm efirə gedəcək verilişlərində aparıcı dəyişikliyi olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni Mehin Hümbətova aparıcılığını etdiyi "1AzTV" layihəsindən uzaqlaşdırılıb.

Əvvəlcə proqramın artıq yeni mövsümdə efirə getməyəcəyi bildirilib. Daha sonra isə verilişin yenidən yayımlanmasına qərar verilib. Bu dəfə isə aparıcı kimi Şəhriyar Əbilov gətirilib. 

Şəhriyarın Aida Cəbiyeva ilə birlikdə apardığı "Evimiz" layihəsi də dayandırılıb. Aida bundan sonra sözügedən kanalda səhər verilişi aparacaq.