Avtomobillə ölkəyə 20 ədəd "iPhone" keçirmək istədi


Digərləri 30 Avq 2021 18:12:00 126 0

Avtomobillə ölkəyə 20 ədəd "iPhone" keçirmək istədi

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiya Federasiyası istiqamətindən gələn, postun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, yataq yerinin sol tərəfindəki örtüyün arxasındakı boşluqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən xeyli miqdarda, ümumilikdə 20 ədəd "Iphone 12 Pro Max 256 GB" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.