İctimai nəqliyyatda maskalarla bağlı nəzarət gücləndirildi


Digərləri 30 Avq 2021 17:40:00 116 0

İctimai nəqliyyatda maskalarla bağlı nəzarət gücləndirildi

Koronavirusa yoluxma hallarının qarşısının alınması istiqamətində tərəfimizdən nəzarət tədbirləri həyata keçirilir, xüsusilə qapalı şəraitdə ictimai nəqliyyatda hərəkət edənlərin qoruyucu vasitələrdən düzgün istifadə etməsi ilə bağlı müşahidələr aparılır.

Bunu Son.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O qeyd edib ki, Operativ Qərargahın məlum qərarı ilə bağlı yol polisi tərəfindən nəzarət gücləndirilib, profilaktik tədbirlərin və təbliğat xarakterli informasiyaların yayılmasına üstünlük verilir:

"Təkcə inzibati tənbeh tədbirləri keçirilimir, eləcə də vətəndaşlar arasında tibbi maskalardan istifadənin vacibliyi barədə daha geniş məlumat verilməsinə də üstünlük verilir.