Azərbaycanda vətəndaşın sayğacını dəyişib 219 manat borc yazdılar


Digərləri 30 Avq 2021 14:42:00 165 0

Azərbaycanda vətəndaşın sayğacını dəyişib 219 manat borc yazdılar

Mingəçevir sakini Söhbət Imanov ''Azəriqaz'' İstehsalat Birliyinin onun barəsində tərtib etdiyi aktdan narazıdır. Belə ki, onun sayğacı iki il əvvəl dəyişdirilib. Bu zaman ona köhnə sayğacda hansısa problemin olduğu barədə məlumat verilməyib. Bir neçə aydan sonra ona məktub göndərilib və orada qeyd edilib ki, istismar müddətində sayğaca müdaxilə edilib. Vətəndaş bu qərarla razı deyil.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Mingəçevir şəhər sakini Söhbət İmanova məxsus qaz sayğacı 2019-cu ilin sentyabrında yenisi ilə əvəz edilib. Bu zaman vətəndaşa sayğacda hər hansı problem və ya borc olması barədə heç bir məlumat verilməyib. 2020-ci ilin mart ayında isə vətəndaşa məlumat verilib ki, istismar müddətində onun tərəfindən köhnə sayğaca müdaxilə edilib. 

Söhbət İmanov sayğaca müdaxilənin mümkünsüz olduğunu bildirib və yazılan cərimənin əsassız olduğunu iddia edir. 

Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinindən bildirildi ki, Söhbət İmanova məxsus qaz sayğacı sökülərək növbəti dövlət yoxlamasına göndərilib. Sayğaca baxış keçirilikdikdən sonra məlum olub ki, onun çıxış plastmas borusu əriyərək oturacaqdan aralanıb. Yekun rəyə əsasən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilib. Yekun qərarla razılaşmayan abonent hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edəcək.