Bakıda tanınmış klubda mühafizəçi müştərini döyərək öldürüb


Kriminal 30 Avq 2021 07:05:00 198 0

Bakıda tanınmış klubda mühafizəçi müştərini döyərək öldürüb

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb. O.Şahbazov saxlanılıb.