Rusiyada ağır avtoqəza zamanı 6 nəfər ölüb


Dünya 30 Avq 2021 05:05:00 140 0

Rusiyada ağır avtoqəza zamanı 6 nəfər ölüb

Rusiyanın Stavropol diyarının Georgiyevsk şəhərində üç minik avtomobili və yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Podqornoye kəndi yaxınlığında, Mineralnıye Vodı - Koçubey avtomobil yolunda baş verib.

Qəza nəticəsində xəsarət alan uşaqdır, o, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir. Onun regional xəstəxanaya aparılması məsələsi həll olunur.

Hadisənin səbəbləri araşdırılır. Bölgədəki yol polisindən verilən məlumata görə, "Honda Prestige" markalı avtomobilin sürücüsü ötmə əməliyyatı zamanı qarşı hərəkət zolağına çıxıb və bu zaman avtomobil "Lada Niva", "Toyota Corolla" markalı minik avtomobilləri və "Suzuki" markalı yük maşını ilə toqquşub.