Taliban ABŞ silahlı qüvvələrinin Kabilə endirdiyi raket zərbəsini qınayıb


Dünya 29 Avq 2021 23:59:00 176 0

Taliban ABŞ silahlı qüvvələrinin Kabilə endirdiyi raket zərbəsini qınayıb

Taliban ABŞ silahlı qüvvələrinin Əfqanıstanın paytaxtında törətdiyi raket hücumunu qınayıb.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə Taliban nümayəndəsi Bilal Kəriminin müvafiq bəyanatındadeyilir.

Kərimi ABŞ-ın "digər ölkədə əməliyyat keçirərək" respublikanın suverenliyini pozduğunu vurğulayıb. Onun fikrincə, amerikan rəhbərliyi niyyətləri barədə talibləri əvvəlcədən xəbərdar etməli idi.

Xatırladaq ki, ABŞ-ın hücumu nəticəsində bir yaşayış binası dağılıb, 7 nəfər dinc sakin həlak olub.