İstanbulda İŞİD üzvü saxlanılıb


Dünya 29 Avq 2021 22:58:00 159 0

İstanbulda İŞİD üzvü saxlanılıb

İstanbul hava limanında saxta pasportla Türkiyə ərazisinə daxil olan İŞİD üzvü ələ keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, terrorçu hava limanı polisləri tərəfindən pasport nəzarəti bölgəsində saxlanılıb. Bu şəxsin keçən il Türkiyədən deportasiya edildiyi müəyyən olunub.

O, görülən hüquqi tədbirlərdən sonra yenidən ölkədən deportasiya edilib.