Toy qaydalarını pozan 3 nəfər cərimələndi,


Digərləri 28 Avq 2021 13:36:00 117 0

Toy qaydalarını pozan 3 nəfər cərimələndi,

Avqustun 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 6 toy şənliyinin monitorinqini həyata keçirib.

Son.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, monitorinq 3 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

11 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.