Şəhidin mənzili təmir edildi


Digərləri 28 Avq 2021 13:30:00 128 0

Şəhidin mənzili təmir edildi

Nəsimi rayonunda şəhid mayor Toğrul Bərxudarovun yaşadığı bina bərpa olunub.

Nəsimi rayonunda şəhid mayor Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadığı ünvanda abadlıq, quruculuq və təmir-bərpa işləri aparılıb.

Son.az Real TV-yə istinadən xəbər verir ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində şəhid Toğrul Bərxudarovun ailə üzvlərinin yaşadığı mənzil əsaslı təmir edilib, binanın giriş hissəsinə şəhidin berelyefi vurulub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Sözügedən binada indi şəhidimizin ruhu dolaşır. Ona görə ki, bir zamanlar həmin binada ömür sürən şəhidlik zirvəsini qazanan əbədi yaşar mayorumuz yaşayıb.

Şəhid Toğrul Bərxudarov təkcə öz ailəsinin deyil, indi bütün Azərbaycanın qəhrəmanına çevrilib.

O şəhid ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinin ilk günlərindən cəbhədə canı-qanı ilə vuruşub. Tərtər rayonunda N saylı hərbi hissədə qərargah rəisi kimi xidmət edən Toğrul sentyabrın 30-u Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşub.