Türkiyənin bütün vilayətlərində COVID19 infeksiyasına yoluxma riski azaldı


Dünya 27 Avq 2021 23:05:00 155 0

Türkiyənin bütün vilayətlərində COVID19 infeksiyasına yoluxma riski azaldı

COVID-19 infeksiyasına yoluxmasına görə "qırmızı zona"da olan Türkiyənin Şanlıurfa vilayəti vaksinasiya tempinin yaxşılaşması səbəbindən bu "zona"nı tərk edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Fəxrəddin Qoca bildirib.

Məlumata əsasən, bundan əvvəl vilayətdə peyvənd olunma faizi uzun müddət 55 faizdən aşağı olub.

Vaksinasiya səviyyəsinin aşağı olması səbəbindən yerli hakimiyyət bu səviyyəni artırmaq üçün bütün səyləri səfərbər etmək məcburiyyətində qalıblar.

Yerli səhiyyə orqanları bütün vilayət üzrə vaksinasiya məntəqələri açıb və evdə peyvənd etdirmək üçün ucqar bölgələrə və kəndlərə mobil qruplar göndərilib.