Banqladeşdə iki gəminin toqquşması nəticəsində azı 20 nəfər batıb


Dünya 27 Avq 2021 22:25:00 144 0

Banqladeşdə iki gəminin toqquşması nəticəsində azı 20 nəfər batıb

Banqladeşin şərqindəki Brahmanbaria bələdiyyəsində 100-dən çox sərnişini daşıyan gəminin balıqçı gəmisi ilə toqquşması nəticəsində azı 20 nəfər batıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "The Bangladesh Observer" qəzeti polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Hadisənin səbəbləri araşdırılır.