Özbəkistanda 1,5 milyondan çox adam peyvənd edilib


Dünya 25 Avq 2021 21:25:00 126 0

Özbəkistanda 1,5 milyondan çox adam peyvənd edilib

Bu günədək Özbəkistanda COVID-19-a qarşı 1 milyon 517 min adam peyvənd edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda ölkədə "ZF-UZ-VAC2001", "AstraZeneca", "Sputnik V" və "Moderna" peyvəndləri vurulur.

Vurğulanır ki, bu ilin sonunadək ölkədə 7 milyon adamın peyvənd olunması nəzərdə tutulur.

Nazirliyin yaydığı digər məlumatda bildirilir ki, avqustun 24-də İsveçrə Özbəkistana 1 milyon 145 min respirator maska göndərib.