Əməkdar Artistdən qalmaqallı açıqlama: “Xəstələrə hansı vaksin gəldi vururlar“


Şou-biznes 25 Avq 2021 20:36:00 285 0

Əməkdar Artistdən qalmaqallı açıqlama: “Xəstələrə hansı vaksin gəldi vururlar“

Azərbaycanda COVID-19 virusu əleyhinə vaksinasiya proqramına yanvarın 18-dən başlanılıb. Lakin həm keçirilən sorğular, həm də müşahidələr cəmiyyətdə peyvəndə dair müxtəlif fikirlərin olduğunu göstərir. Vaksinə dair birmənalı ictimai mövqenin olmaması kütləvi vaksinasiyanın qarşısını alır.

Son günlər hətta sənət adamlarının da vaksinin əleyhinə danışması cəmiyyətdə müzakirələrə səbəb olur.

Son.az xəbər verir ki, yenisabah.az-a danışan Əməkdar artist Cavanşir Məmmədov vaksiyasiyanın vacibliyini qeyd edib:

"Dövlət nə deyirsə, ona əməl etmək lazımdır. Qayda-qanun hamı üçündür. Düşünürəm ki, hər kəs peyvənd olunmalıdır. Dövlət nə tələb edirsə, onu da etməliyik. Dövlət səni sığortalamağa, sağlamlığının keşiyində durmağa çalışır. O vaksinlərə milyonlar verilərək ölkəmizə gətirilib. Vaksini gətirməyiblər ki, kimsə artıq-əskik danışıb deyə peyvənd çölə atsın. Vaksin vurdurma icbari olmalıdır".

Sənətçi vaksinin əleyhinə danışılanların absurd fikir yürütdüyünü bildirib:

"Biz təxribata tez uyuruq, hər deyilənə tez inanırıq. Çıxıb deyirlər ki, vaksini vurdurandan sonra kimsə öldü və s. Əgər elə olsaydı, dünya əhalisinin yarısından çoxu qırılardı. Bir az savadlı olmaq, məsələlərə düzgün yanaşmaq lazımdır. Peyvəndin hərəyə bir cür təsir göstərməyi normaldır. Bir ailədə belə bəzən ailə üzvlərinin orqanları donor üçün bir-birlərinə uyğun gəlmir. Bu normaldır".