Teslanın 25.000$a satılacaq ən büdcəli elektromobilinin prototipi artıq hazırdır


Digərləri 24 Avq 2021 23:40:00 189 0

Teslanın 25.000$a satılacaq ən büdcəli elektromobilinin prototipi artıq hazırdır

Çin bloqlarında ortaya çıxmış məlumata əsasən Tesla şirkətinin 25.000$ qiymətində olacaq ən büdcəli elektromobilinin prototipi artıq şirkətin Şanxaydakı dizayn mərkəzində yaradılıb və hal hazırda testlərdən keçir. Potensial olaraq Tesla-nın ən büdcəli elektromobili artıq bu ilin sonunda şirkətin Çindəki zavodunda istehsal prosesinə keçid edə bilər. Keçən ilin sentyabr ayında Musk bildirmişdi ki, Tesla yaxın 3 il ərzində tamamilə yeni elektromobili bazarda təqdim edəcək və onun qiyməti 25.000$ təşkil edəcək. Daha sonra Musk öz tweet-lərində bildirmişdi ki, yeni elektromobilin yaradılması tapşırığı şirkətin Şanxaydakı dizayn mərkəzinə ötürülə bilər.

Çindən olan mənbələrin məlumatlarına əsasən Tesla şirkəti özünün ən büdcəli elektromobilini artıq yaradıb və hətta onun istehsalı üçün lazım olan komponentlərin istehsalçılarını da təyin edib. Lakin elektromobilin tez zamanda istehsalat prosesinə keçidi mümkün olmayacaq. Məsələ burasındadır ki, yeni elektromobil yeni formatda olan batareyalar əsasında qurulub və həmin batareyaların istehsalatında problemlər yaşanır. Tesla üçün 4680 formatlı yeni batareyaların istehsalı ilə LG Energy Solution, Samsung SDI və Panasonic şirkətləri məşğul olmağa hazırdırlar.

Lakin onlar tərəfdən yeni formatlı batareyaların irimiqyaslı istehsalına yalnız 2023-cü ildə start verilə bilər. Batareya çatışmazlığı səbəbilə Tesla artıq Semi yük maşınının və Cybertruck pikapının irimiqyaslı istehsalını 2022-ci ilə təxirə salmağa məcbur olub. Qeyd etmək lazımdır ki, Tesla özü üçün yeni formatlı batareyaların istehsalını Berlindəki zavodunda reallaşdırmağı planlaşdırır. Lakin bir sıra bürokratik problemlər səbəbilə Berlindəki zavodun bu ilin sonuna kimi işə düşəcəyinə zəmanət yoxdur. Çox güman ki, Berlindəki zavod ilə bağlı problemin həlli özünü 2022-ci ildə tapacaq.