Ermənistan parlamentində qarşıdurma VİDEO


Dünya 24 Avq 2021 17:12:00 162 0

Ermənistan parlamentində qarşıdurma  VİDEO

Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın parlamentdə çıxışı zamanı müxalif deputatlarla təhlükəsizlik xidməti əməkdaşları arasında iğtişaş yaşanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, deputatlar "Satqın Nikol" kimi şüarlar səsləndirib.

Qeyd olunur ki, baş nazirin çıxışından əvvəl bir qrup deputat parlament zalını tərk edib.

Xatırladaq ki, bu gün, həmçinin jurnalistlər də Ermənistan parlamentində aksiya keçirmişdi.