Allahverdi Yolçuyev müalicə oluna bilmir "külli miqdarda pul lazımdır"


Şou-biznes 24 Avq 2021 16:44:00 151 0

Allahverdi Yolçuyev müalicə oluna bilmir  "külli miqdarda pul lazımdır"

"Bir-iki dəfə dublayaja getmişəm, bir də verilişdə olmuşam. Film çəkilişlərim olmur. Nicat Kazımovun bir tamaşası var idi, məni çağırdı. Onun məşqini etdik, teatrların fəaliyyəti bərpa olunsa, səhnəyə çıxacam".

Son.az xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev axşam.az-a açıqlamasında deyib. Səhhətində uzun müddətdir problem olan sənətçi müalicəyə maddi imkanının çatmadığını söyləyib:

"Qolumun əsməyi mənə narahatlıq verir. Müalicəsi Azərbaycanda yoxdur. Türkiyə, Moskva, Almaniyada müalicəsi var. Beyinlə bağlı bir problemdir. Külli miqdarda pul lazımdır. Maddi gücüm çatmır. Lazımi qurumlar isə maraqlanmırlar.

Ruhdan düşmürəm. Sənət dostlarım zəng edir, maraqlanırlar. Naibə Allahverdiyeva, Nahidə Orucova, Qorxmaz Əlili, Teymur Əmrah, Nicat Kazımov hər dəfə halımla maraqlanırlar.

Səhhətimə görə teatrdan uzaqlaşdım. İşləmirəm, bütün günü evdə oluram".