Məşhur ekstrasens bu sözləri yazıb intihar etdi


Digərləri 24 Avq 2021 16:26:00 113 0

Məşhur ekstrasens bu sözləri yazıb intihar etdi

Moskvanın şərqindəki bir hosteldə məşhur ekstrasens, müxtəlif televiziya şoularının iştirakçısı Dardo Kusto ölü tapılıb.

Son.az lent.az-a istinadla bildirir ki, 44 yaşlı Kusto bir neçə gündür burada yaşayırmış. 

Bədəndəki xəsarətlərin xarakteri onun intihar etdiyini göstərir.

Məlumata görə, onun öz evi və daimi işi olmayıb. Qardaşı oğlu Perovskaya küçəsindəki oteli təklif edib, Kusto bundan sonra orada məskunlaşıb. 

Hadisə yerinə gələn qardaşı oğlu divarda qanla yazılmış bu sözləri görüb: "Fərqi yoxdur, mən yaşayacağam".