Həkimdən XƏBƏRDARLIQ: Bu dərmanlar koronavirusdan


Digərləri 24 Avq 2021 12:32:00 140 0

Həkimdən XƏBƏRDARLIQ: Bu dərmanlar koronavirusdan

"Koronavirusdan evdə müalicə alanlar xəstəliyin ilk 7-10 günündə (viral faza) "Deksatemazon" və ilk 7 günündə "Kleksan" istifadəsini təcili dayandırmalıdır".

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, tanınmış həkim Rəşad Mahmudov məlumat verib. O bildirib ki, həmin dərmanlar COVID-19-dan daha təhlükəlidir:

"Evdə müalicə alan şəxslərə tövsiyəm bundan ibarətdir ki, ilk günlərdə antiviral preparatlardan, "Parasetamol"dan, C vitaminindən istifadə etsinlər. Bundan başqa, bol maye, mürəbbəli çay qəbul etməklə yanaşı, istirahət eləsinlər. Bunlardan əlavəsi təfərrüat, zərərli və təhlükəlidir".