"Sərhədləri açmalıyıq, amma Bakının dediyi olmayacaq"


Digərləri 24 Avq 2021 12:42:00 238 0

"Sərhədləri açmalıyıq, amma Bakının dediyi olmayacaq"

Ermənistanın baş naziri Nikol Paşinyan bölgədəki kommunikasiyalar və Qarabağla bağlı danışıqlar prosesi ilə bağlı fikirlərini bölüşüb.

Son.az erməni mediasına istinadən xəbər verir ki, baş nazir hökumət üzvlərini təqdim edərkən bildirib ki, Ermənistan hökuməti ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində danışıqlar prosesinin bərpasında israrlıdır. Eyni zamanda əlavə edib ki, İrəvan bəzi qonşuları ilə münasibətlərdə düşmənçiliyi aradan qaldırmağa sadiqdir. "Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına ən qısa zamanda başlanılmalıdır. Lakin bunun üçün ilk növbədə hərbçilərin çəkilməsi gərəkdir. Digər oyunçuların köməyi ilə kommunikasiyaların açılması səyləri bölgədə sülh və qarşılıqlı faydalı bir mühitə səbəb olacaq".

Baş nazir onu da deyib ki, kommunikasiyaların açılması Ermənistanın uzunmüddətli blokadasını aradan qaldıra bilər. Bununla bərabər Paşinyan Ermənistan vasitəsilə dəhlizin yaradılmasına izn verməyəcəklərini söyləyib: "Biz inkar etmirik ki, kommunikasiyaların açılması mövzusu Ermənistanın dövlət maraqları üçün müəyyən risklər daşıyır. Ona görə də hökumət proqramında göstərilir ki, proses prioritetlər siyahısında yer almalıdır, amma o, Ermənistan və "Dağlıq Qarabağ"ın təhlükəsizliyi hesabına aparılmamalıdır".

Kamran Seyidov Son.az