Gəncədə 13 il əvvəl törədilmiş qətlin üstü açılıb


Kriminal 24 Avq 2021 12:47:00 109 0

Gəncədə 13 il əvvəl törədilmiş qətlin üstü açılıb

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Son.az bildirir ki, birgə məlumatda deyilir:

Prokurorluq və polis orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq olunaraq açılmasını təmin etməklə təqsirkar şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlərin davamı kimi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 13 il əvvəl, yəni 2008-ci ildə Gəncə şəhər sakini, 1940-cı il təvəllüdlü Nəzərli Nadejda Dmitriyevnanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı istintaq olunan cinayət işinin üstünün açılması təmin edilib.

Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, Gəncə şəhər sakinləri, 1986-cı il təvəllüdlü Salayev Seymur Mehman oğlu və dostu Qirin Şəhriyat Usaməddin oğlu Nadejda Nəzərlinin evinə daxil olub külli miqdarda pul və qızıl-zinət əşyalarını talamaqla bağlı razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, 13 may 2008-ci il tarixdə, saat təxminən 21 radələrində sonuncunun yaşadığı evin qarşısına gəlib mərhumu aldadaraq evinə daxil olmuş, qarşılıqlı söhbət edən zamanı planlaşdırdıqları özgənin əmlakını talama cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə Şəhriyat Qirin iki əli ilə Nadejda Nəzərlinin ağzından tutub özünə doğru çəkmiş, Seymur Salayev isə üzərində olan bıçaqla onun boğaz nahiyəsinə çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürüb.

Cinayət işi üzrə Seymur Salayev və Şəhriyat Qirin cari il avqustun 23-də Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son.az 

Bakıda daha bir yol kəsişməsində dəyişiklik edildi like
  • 24 Avq 12:44  
Digərləri Bakıda daha bir yol kəsişməsində dəyişiklik edildi

Paytaxtda nəqliyyat şəraitinin yaxşılaşdırılması, tıxac və sıxlıq h

arrow Ətraflı
"Sərhədləri açmalıyıq, amma Bakının dediyi olmayacaq" like
  • 24 Avq 12:42  
Digərləri "Sərhədləri açmalıyıq, amma Bakının dediyi olmayacaq"

Ermənistanın baş naziri Nikol Paşinyan bölgədəki kommunikasiyalar və Qar

arrow Ətraflı
Məşhurlar istirahətə nə qədər xərclədilər? like
  • 24 Avq 12:38  
Şou-biznes Məşhurlar istirahətə nə qədər xərclədilər?

Məhərrəmlik ayının başlamasıyla şou-biznes nümayəndələri müxtəlif

arrow Ətraflı
Həkimdən XƏBƏRDARLIQ: Bu dərmanlar koronavirusdan like
  • 24 Avq 12:32  
Digərləri Həkimdən XƏBƏRDARLIQ: Bu dərmanlar koronavirusdan

"Koronavirusdan evdə müalicə alanlar xəstəliyin ilk 7-10 günündə (

arrow Ətraflı
Yeznəsi niyə azərbaycanlı rəqib seçdi? like
  • 24 Avq 12:26  
Digərləri Yeznəsi niyə azərbaycanlı rəqib seçdi?

Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan b

arrow Ətraflı
Daha bir koronavirus xəstəsi küçədə saxlanıldı like
  • 24 Avq 12:20  
Digərləri Daha bir koronavirus xəstəsi küçədə saxlanıldı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq

arrow Ətraflı
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı like
  • 24 Avq 12:17  
Digərləri Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı

Səbail Rayon Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başç

arrow Ətraflı
"Taliban" şura yaratmaq istəyir like
  • 24 Avq 12:14  
Dünya "Taliban" şura yaratmaq istəyir

Radikal "Taliban" hərəkatının rəhbərliyi Əfqanıstanı idarə e

arrow Ətraflı
Azərbaycanda koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı like
  • 24 Avq 12:12  
Digərləri Azərbaycanda koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı

"Ötən ilin sentyabrın 15-dən oktyabra kimi 219 şagird koronavirusa yol

arrow Ətraflı
Hadrutda evin həyətində bomba tapılıb like
  • 24 Avq 12:11  
Digərləri Hadrutda evin həyətində bomba tapılıb

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən partlama

arrow Ətraflı
Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları  2021” yarışlarının açılışında iştirak edib like
  • 24 Avq 12:09  
Siyasət Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları 2021” yarışlarının açılışında iştirak edib

Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naz

arrow Ətraflı
Aktyordan həyat yoldaşına 15 milyonluq hədiyyə like
  • 24 Avq 12:08  
Şou-biznes Aktyordan həyat yoldaşına 15 milyonluq hədiyyə

"Kuruluş Osman" serialında rol alan türkiyəli aktyor Burak Özçiv

arrow Ətraflı
Kabildə təyyarələr üçün ciddi təhdid var like
  • 24 Avq 12:02  
Dünya Kabildə təyyarələr üçün ciddi təhdid var

Pentaqon Kabil hava limanında təyyarələrin eniş və uçuşuna təhlükənin

arrow Ətraflı
Məşhur filmin çəkildiyi malikanə yanaraq yararsız hala düşüb like
  • 24 Avq 11:56  
Şou-biznes Məşhur filmin çəkildiyi malikanə yanaraq yararsız hala düşüb

Məşhur britaniyalı aktyor Edvard Con Devidin rol aldığı, "Fantastik m

arrow Ətraflı
Məktəbin kitabxana müdiri koronavirusdan ÖLDÜ: like
  • 24 Avq 11:50  
Digərləri Məktəbin kitabxana müdiri koronavirusdan ÖLDÜ:

Abşeronda koronavirusa yoluxan kitabxana müdiri vəfat edib.

arrow Ətraflı