Məşhurlar istirahətə nə qədər xərclədilər?


Şou-biznes 24 Avq 2021 12:38:00 145 0

Məşhurlar istirahətə nə qədər xərclədilər?

Məhərrəmlik ayının başlamasıyla şou-biznes nümayəndələri müxtəlif ölkələrə və Azərbaycanın səfalı guşələrinə istirahətə üz tutublar.

Son.az axşam.az-a istinadən xəbər verir ki,  "Mtv Azərbaycan" sənətçilərin yay istirahətinə xərclədikləri məbləği araşdırıb.

Xalq artisti Aygün Kazımova Bodrumda dincəlib. Sənətçinin qaldığı otelin 1 gecəsi 1 510 manatdır.

Xalq artisti Faiq Ağayev İstanbulda yerləşən otelin bir günü üçün 1 132 manat ödəyib.

Əməkdar artist Vasif Məhərrəmli də qardaş ölkə Türkiyəyə yollanıb. Bodrumda istirahət edən sənətçi qaldığı otelin 1 gecəsi üçün 1 548 manat xərcləyib.

Müğənni Sevda Yəhyayeva həyat yoldaşı ilə birlikdə Rusiyanın müxtəlif şəhərlərində dincəlib.

Rəqqasə Fatimə Fətəliyeva Antalyaya üz tutub. O, otelin bir günü üçün 1 768 manat ödəyib.

Müğənni Niyam Salami Qusarda, Gülay Zeynallı isə Şamaxı və Şəki şəhərlərində istirahət ediblər.