Kabildə təyyarələr üçün ciddi təhdid var


Dünya 24 Avq 2021 12:02:00 141 0

Kabildə təyyarələr üçün ciddi təhdid var

Pentaqon Kabil hava limanında təyyarələrin eniş və uçuşuna təhlükənin qaldığını düşünür.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Hərbi Hava Qüvvələrinin Nəqliyyat Komandanlığının rəhbəri general Stiven Layons çıxış edib.

"Mərkəzi Komandanlıq və digər qurumlarla hava körpüsü əməliyyatları üçün potensial təhdidlər üzərində sıx əməkdaşlıq edirik", - Layons qeyd edib.

Layons təhdid üçün ciddi səbəblərin olduğunu əsas gətirib, ancaq detallar barədə danışmaqdan imtina edib.