Böyük Britaniyada peyvəndin 3cü dozasının tətbiqinə növbəti aydan başlanacaq


Dünya 23 Avq 2021 20:31:00 159 0

Böyük Britaniyada peyvəndin 3cü dozasının tətbiqinə növbəti aydan başlanacaq

Böyük Britaniyada peyvəndin 3-cü dozasının tətbiqinə növbəti aydan etibarən başlanacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, səhiyyə naziri Səcid Cavid Peyvəndlənmə və İmmunizasiya üzrə Komitənin son tövsiyələrindən sonra 3-cü dozanın tətbiqinə başlayacaqlarını açıqlayıb.

O bildirib ki, 3-cü doza əvvəlcə immunitet sistemi zəif olan insanlara tətbiq olunacaq.

Peyvəndlənmə və İmmunizasiya üzrə Komitə tərəfindən nəşr olunan müvəqqəti məsləhət kitabçasında 50 yaşdan yuxarı olanlar da daxil olmaqla 30 milyondan çox həssas insan üçün peyvəndin üçüncü dozası tövsiyə olunur.