Azərbaycanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


Digərləri 23 Avq 2021 20:02:00 175 0

Azərbaycanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 348 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Son.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 279, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6170724, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3713422, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2457302 təşkil edir.