1 milyon əfqan uşaq ölə bilər


Dünya 23 Avq 2021 19:54:00 180 0

1 milyon əfqan uşaq ölə bilər

Təxminən 1 milyon əfqanıstanlı uşağın düzgün qidalanmaması səbəbindən həyatı təhlükə altındadır və müalicə olunmasalar, ölə bilərlər.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə UNİSEF-in icraçı direktoru Henritta For məlumat verib.

"Şiddətli quraqlıq və su çatışmazlığı, koronavirus epidemiyasının dağıdıcı sosial-iqtisadi nəticələri və yaxınlaşan qış səbəbi ilə önümüzdəki aylarda uşaqların və qadınların humanitar ehtiyacları artacaq",- For deyib.

Onun sözlərinə görə, 2,2 milyonu qız olan təxminən 4,2 milyon əfqan uşağı təhsilini davam etdirə bilməyəcək.

Son.az