Şuşada yanğın təhlükəsizliynə dair maarifləndirmə tədbiri keçirilib


Digərləri 23 Avq 2021 19:21:00 159 0

Şuşada yanğın təhlükəsizliynə dair maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Şuşa şəhərində istismara verilmiş "Xarıbülbül" otelində, "Bravo" ticarət mərkəzində və "SOCAR" yanacaqdoldurma köşkündə yanğın təhlüksəziliyi qaydaları ilə bağlı növbəti maarifləndirmə tədbirləri keçirilib.

FHN-dən Son.az-a bildirilib ki, tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasının və bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmələrinin zəruriliyi xüsusi olaraq vurğulanıb.

Eyni zamanda, binaların, eləcə də binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib. Əməkdaşlarla yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələblərinə ciddi əməl olunması barədə ətraflı söhbət aparılıb.

Tədbirlərdə, həmçinin, ilkin yanğınsöndürmə avadanlıq və vasitələrindən istifadə qaydaları izah olunub, suallar cavablandırılıb.