Astarada avtomobil dirəyə çırpılıb, ölən var


Digərləri 15 Avq 2021 22:40:00 170 0

Astarada avtomobil dirəyə çırpılıb, ölən var

Astarada yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb.

Son.az APA-ya istinadən bildirir ki, qəza rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb.

Bakı sakini olan Əlihüseyn Rafail oğlu Əlizadənin idarə etdiyi 90-MZ-032 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq əvvəl ərazidən keçən qaz xəttinə, sonra isə işıq dirəyinə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.