Bakıda qadın qaynı tərəfindən bıçaqlanıb


Kriminal 15 Avq 2021 22:49:00 213 0

Bakıda qadın qaynı tərəfindən bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə 2-ci Zabrat qəsəbəsi, Əzizbəyov küçəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Babayeva Səmiyyə Məhəmməd qızı qəfil yaşadığı evdə qaynının bıçaqlı hücumuna məruz qalıb. Qadın sol döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.